"Neftçi"nin Çempionlar Liqasında ilk rəqibi bilindi
"Neftçi"nin UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi bəlli olub.
Sportline.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən püşkatmada səpələnməmişlər səbətində yer alan ölkə çempionu Gürcüstanın "Dinamo" (Tbilisi) klubu ilə üz-üzə gələcək. "Neftçi" ilk oyunu səfərdə keçirəcək.
Qeyd edək ki, I təsnifat mərhələsinin ilk oyunları iyulun 6-7-də, cavab görüşləri 13-14-də olacaq.