"Neftçi"nin düşərgəsində son vəziyyət
Azərbaycan Kubokunun yarımfinal mərhələsində “Turan Tovuz”la qarşılaşacaq “Neftçi”nin futbolçularının durumuna aydınlıq gəlib.
Sportline.az xəbər verir ki, klubun baş həkimi Şaiq Zöhrablı ciddi zədədən əziyyət çəkən oyunçularının olmadığını açıqlayıb.
Onun sözlərinə görə, yalnız müdafiəçi Azər Əliyevin durumu qeyri-müəyyəndir: “Komandamızda ciddi zədəsi olan futbolçu yoxdu. Zədəsini sağaldan Ataa Caber artıq kollektivlə birlikdə məşqlərdə iştirak edir. Azər Əliyevin isə boyun fəqərələrində ağrıları var idi. Ancaq o da komanda ilə məşqlərə qoşulub və hazırda vəziyyəti stabildi. Durumuna yenidən baxılacaq”.
Qeyd edək ki, bu gün “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Turan Tovuz” oyunu saat 20:00-da başlanacaq. Tovuzdakı ilk görüşdə meydan sahibləri 1:0 hesabı ilə qalib gəliblər.