"Neftçi"nin futbolçusu Boliviya klubunda - RƏSMİ
"Neftçi"nin sabiq futbolçusu Uqo Barqas karyerasını Boliviyada davam etdirəcək.
Sportline.az xəbər verir ki, 30 yaşlı hücumçu “Bluminq” klubu ilə müqavilə bağlayıb.
Qeyd edək ki, "Neftçi" ilə mövsümün sonuna qədər olan müqaviləsinə, qarşılıqlı razılaşma əsasında xitam verilən Barqas, “ağ-qaralar"ın düşərgəsinə məhz “Bluminq” klubundan gəlmişdi.