"Neftçi"nin futbolçusu bu il oynamayacaq

Azərbaycan Premyer Liqasında XII turun "Sabah"la oyununda zədələnən Yusuf Lavalın durumuna aydınlıq gəlib.

Sportline.az "Report"a itinadən xəbər verir ki, arxa əzələsi dartılan 22 yaşlı yarımmüdafiəçi "Keşlə" ilə XIII tur matçını buraxacaq.

Bu isə o deməkdir ki, nigeriyalı oyunçu üçün 2020-ci il vaxtından əvvəl başa çatıb.

Qeyd edək ki, Yusuf Laval dünənki görüşün 60-cı dəqiqəsində zədələnərək, yerini Sabir Buqrinə verib. Səfər matçı "Neftçi"nin qələbəsi ilə yekunlaşıb - 2:0.