"Neftçi"nin futbolçusu milliyə çağırıldı

"Neftçi"nin yarımmüdafiəçisi Mamadu Kane Qvineya millisinə dəvət alıb.

Sportline.az xəbər verir ki, 23 yaşlı futbolçu Afrika Millətlər Kubokunda Çad seçməsi ilə oyunlar üçün komandanın düşərgəsinə çağırılıb.

2018-ci ildən "Neftçi"də oynayan Kane ilk dəfə əsas milliyə dəvət alıb. O, buna qədər U-23 millisinə çağırılıb.

Qvineya Çad millisi ilə noyabrın 11-də və 15-də qarşılaşacaq.