"Neftçi"nin futbolçusu Qvineya millisinə çağrıldı
“Neftçi” klubunun futbolçusu Mamadu Kane Qvineya milli komandasına dəvət olunub.
Sportline.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi iyunun 5-də Toqo, iyunun 8-də Kosovo və iyunun 11-də Niger yığmaları ilə Türkiyənin Antalya şəhərində keçiriləcək yoldaşlıq oyunlarına çağırılıb.
Qeyd edək ki, Kane Qvineya milli komandasında 2 oyun keçirib, 1 qol vurub.