"Neftçi"nin legioneri etirazını bildirdi
"Neftçi"nin futbolçusu Mamadu Mboc "Sabah"la oyunda komanda yoldaşı Keysuke Hondanın 66-cı dəqiqədə vurduğu qolun qeydə alınmamasına etirazını bildirib.
Sportline.az xəbər verir ki, instaqram səhifəsində həmin epizodun videosunu paylaşan seneqallı müdafiəçi bu sözləri yazıb: "Referi buna görə ofsayd qərarı verdi. Sağ olsun".
Qeyd edək ki, Vüqar Həsənlinin başçılıq etdiyi hakimlər briqadası 2:2 hesabı ilə bitən matçda bir sıra mübahisəli qərarlar qəbul edib. Hakimlərin idarəçiliyi ilə əlaqədar AFFA Hakimlər Komitəsi müvafiq araşdırma aparacaq.