"Neftçi"nin qapıçısı I Divizionda

"Neftçi”nin qapıçısı Maksim Vaylo karyerasını Azərbaycan I divizionunda davam etdirəcək.

Sportline.az xəbər verir ki, bunu klubun baş meneceri Eldəniz Yusifov bildirib.

Onun sözlərinə görə, 22 yaşlı futbolçu cari mövsümün sonuna qədər icarə əsasında divizionun debütantı "Sabah”ın formasını geyinəcək.