"Neftçi"nin rəqibi "Qəbələ"nin rəqibinə uduzdu
"Neftçi" və "Qəbələ"nin UEFA Konfrans Liqasındakı rəqibləri – Kipr "Aris"i (Limmasol) və Macarıstan “Fehervar”ı yoxlama oyununda üz-üzə gəliblər.
Sportline.az xəbər verir ki, Sloveniya toplanışı çərçivəsində keçirilən görüşdə “Fehervar” 2:1 hesabı ilə qalib gəlib.
Xatırladaq ki, "Neftçi" və "Qəbələ"nin sözügedən komandalarla ilk matçı iyulun 21-də, cavab görüşü isə iyulun 28-də olacaq.
10 iyul
"Fehervar" (Macarıstan) - "Aris" (Kipr) - 2:1
Qollar: Kodro, 16, 42 - Şpolyariç, 25