"Neftçi"nin sabiq bombardiri klubsuz qalıb

"Neftçi"nin sabiq futbolçusu Nikolas Kanales klubsuz qalıb. Sportline.az xəbər verir ki, o, Çilinin "Deportes Temuko" klubundan ayrılıb.

32 yaşlı hücumçu ilə müqavilə qarşılıqlı razılaşma əsasında pozulub. Buna forvardın zəif çıxışı səbəb göstərilir.

Qeyd edək ki, Kanales bu ilin yanvarından çıxış etdiyi "Deportes Temuko"da 19 oyuna cəmi 1 qol vurub.