"Neftçi"nin sabiq futbolçusu İstanbul derbisini stadiondan izləyib
Türkiyə Super Liqasının 37-ci həftəsində keçirilən "Qalatasaray"-"Fənərbağça" derbisini "Neftçi"yə yaxından tanış olan bir sima stadiondan izləyib.
Sportline.az Ajansspor.com-a istinadla xəbər verir ki, 2022/2023 mövsümündə Neftçinin şərəfini qorumuş Mateus Saldanya İstanbul derbisini yerindən izləyib.
Braziliyalı hücumçunun adı qış transfer pəncərəsində "Fənərbağça" ilə hallanmışdı.
"Partizan"da çıxış edən Saldanya bu mövsüm çıxdığı 33 oyunda 18 qol və 5 asist ilə yadda qalıb.
Qeyd edək ki, 24 yaşlı futbolçunun hazırki transfer dəyəri 8 milyon avrodur.