"Neftçi"nin sabiq prezidenti Avropa Liqasının oyununa təyinat aldı

"Neftçi" klubunun sabiq prezidenti Orxan Hüseynzadə UEFA-dan təyinat alıb.

Sportline.az xəbər verir ki, o, Avropa Liqasında qrup mərhələsinin "Hapoel" (Beer-Şeva, İsrail) - "Slaviya" (Praqa, Çexiya) matçında UEFA nümayəndəsi olacaq.

Oktyabrın 22-də keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 20:55-də başlayacaq.

Qeyd edək ki, AFFA-nın futzal üzrə koordinatoru Zaur Hacı-Məhərrəmov isə "Slovan" (Liberets, Çexiya) - "Gent" (Belçika) oyununda eyni funksiyanı yerinə yetirəcək.