"Neftçi"nin şikayəti təmin olundu
AFFA-nın Apellyasiya Arbitraj Tribunalı “Neftçi” klubunun apellyasiya şikayətini təmin edib.
Sportline.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, AFFA İntizam Komitəsinin 01.04.2022-ci il tarixində qızlardan ibarət “Neftçi U-17” komandasının futbolçusu Aydan Həsənova barəsində verdiyi qərar dəyişdirilib. Futbolçu barəsində verilən 4 oyunluq kənarlaşdırma cəzası 2 oyun şərti olmaqla 4 oyunluq kənarlaşdırma cəzası ilə əvəz edilib. Sınaq müddəti növbəti 2 (iki) oyun müddətinə təyin edilib.
Həmçinin, “Baker Tilly” Futzal komandası tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilib. AFFA İntizam Komitəsinin 18.03.2022-ci il tarixində “Baker Tilly” komandasının futzalçısı Orxan Həsənov barəsində verdiyi qərar dəyişdirilib. Futzalçıya 11.03.2022-ci il tarixli cəzaya əlavə olaraq verilən 11 oyunluq kənarlaşdırma cəzası 10 oyun şərti olmaqla 11 oyunluq kənarlaşdırma cəzası ilə əvəz edilib. Sınaq müddəti növbəti 10 (on) oyun müddətinə təyin edilib.