Neymar Çempionlar Liqasının tarixinə düşdü
UEFA Çempionlar Liqasının qrup mərhələsinin VI turunun Türkiyə "Başakşehir"i ilə oyununda het-trik edən Neymar PSJ-ninheyətində turnirdəki qollarının sayını 20-yə çatdırıb.
Sportline.az xəbər verir ki, braziliyalı hücumçu iki fərqli komandada 20 və daha çox qol vurmuş oyunçu kimi ÇL-in tarixinə düşüb.
28 yaşlı forvard Paris klubundan öncə çıxış etdiyi İspaniya "Barselona"sında 21 dəfə fərqlənib.
Qeyd edək ki, PSJ - "Başakşehir" matçı meydan sahiblərinin 5:1 hesablı qələbəsi ilə başa çatıb.