Neymar vacib oyunu buraxa bilər

PSJ-nin futbolçusu Neymar Liqa 1-in 16-cı turunda “Lill”lə matçda meydanda olmaya bilər.

Sportline.az “L'Equipe”yə istinadə xəbər verir ki, 28 yaşlı hücumçunun oyuna hazır olub-olmayacağı sual altındadır.

Braziliyalı oyunçu dekabrın 13-də “Lion”la matçda xəsarət alaraq meydanı xərəkdə tərk etmişdi.

Qeyd edək ki, Neymar bu mövsüm Liqa 1-də 7 matça çıxaraq, 3 qol vurub və 4 qolun ötürməsini verib.

Əlavə edək ki, PSJ-nin "Lill"lə keçirəcəyi qaşılaşma sabah 00:00-da başlayacaq.