Niderlandlı futbolçu "Mançester Yunayted" və "Arsenal"ın təklifini qəbul etməyib
Niderlandlı futbolçu "Mançester Yunayted" və "Arsenal"ın təklifini qəbul etməyib.
Sportline.az Skysports.com-a istinadla xəbər verir ki, "Boloniya" klubunun təcrübəli mərkəz hücumçusu Coşua Zirkzi karyerasını "Milan"da davam etdirmək istədiyini deyib.
"Mançester Yunayted" və "Arsenal" klubları futbolçu üçün rəsmi təklif göndərməyə hazırlansa da niderlandlı hücumçu "Milan"da oynamaq istədiyini bildirib.
Qeyd edək ki, Coşua Zirkze bu mövsüm "Boloniya" forması ilə çıxdığı 31 oyunda 11 qol 6 asistlə yadda qalıb.