Niko Uilyams "Atletik"dən ayrılmağa hazırlaşır
"Atletik Bilbao"nun ispaniyalı futbolçusu Niko Uilyams mövsümün sonunda klubdan ayrılacaq.
Sportline.az "El Nacional" nəşrinə istinadən xəbər verir ki, N.Uilyams "Barselona", "Arsenal" və "Çelsi"nin maraq dairəsinə düşüb.
22 yaşlı vingerin transfer qiyməti 70 milyon avrodur. O, cari mövsüm çıxış etdiyi 44 matçda 11 qol 7 məhsuldar ötürmə müəllifi olub.
Qeyd edək ki, Niko Uilyamsın "Atletik Bilbao" ilə müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.