Niko Uilyams “Atletik”dən ayrılmaq istəyir

“Atletik Bilbao”nun ispaniyalı futbolçusu Niko Uilyams mövsümün sonunda klubdan ayrılmaq niyyətindədir.

Sportline.az “Diario As” qəzetinə istinadən xəbər verir ki, “Arsenal” Niko Uilyamsı transfer etmək üçün hərəkətə keçib.

London klubu bu keçid üçün qarşı tərəfə 70 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, N.Uilyams bu mövsüm çıxış etdiyi 42 matçda 11 qol və 7 asistlə yadda qalıb.