Niko Uilyams Avropa nəhənglərinin transfer hədəfinə çevrilib
"Atletik Bilbao"nun ispaniyalı futbolçusu Niko Uilyams Avropa nəhənglərinin transfer radarındadır.
Sportline.az "Estadio Deportivo" nəşrinə istinadən xəbər verir ki, "Arsenal", "Real Madrid", "Barselona" və "Çelsi" N.Uilyamsı transfer etmək istəyən klubların siyahısında yer alır.
22 yaşlı sol cinah vingerinin sərbəst qalma məbləği 60 milyon avro olaraq təyin olunub.
Qeyd edək ki, Niko Uilyams ötən mövsüm meydana çıxdığı 45 matçda 11 qol 7 məhsuldar ötürmə müəllifi olub.