Niko Uilyams "Barselona" yolunda
"Atletik Bilbao"nun ispaniyalı futbolçusu Niko Uilyams "Barselona" klubuna transfer olmağa yaxındır.
Sportline.az xəbər verir ki, bu haqda insayder Fabritsio Romano öz "X" hesabında paylaşım edib.
22 yaşlı sol cinah vingeri Kataloniya klubuna transfer olmaq istədiyini rəhbərliyə bildirib.
Uilyamsın sərbəst qalma məbləği 58 milyon avrodur.
O, bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 45 matçda 11 qol 7 məhsuldar ötürmə müəllifi olub.
Qeyd edək ki, Niko Uilyamsın "Atletik Bilbao" ilə müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.