Niko Uilyams “Barselona”ya transfer olmağa yaxındır
"Barselona" "Atletik Bilbao"nun ispaniyalı futbolçusu Niko Uilyamsı heyətinə qatmağa yaxındır.
Sportline.az insayder Fabritsio Romanonun məlumatına istinadən xəbər verir ki, Kataloniya klubu Uilyamsın meneceri ilə danışıqlara başlayıb.
Futbolçunun dəyəri "Transfermarkt" portalına görə, 70 milyon avro olaraq qiymətləndirilir.
Qeyd edək ki, Uilyamsın "Bilbao" ilə müqaviləsi 2027-ci ilin yayına qədərdir.
O, ötən mövsüm meydana çıxdığı 45 matçda 11 qol 7 məhsuldar ötürmə müəllifi olub.