Rodriqo getsə, o gələcək
"Atletik Bilbao"nun ispaniyalı futbolçusu Niko Uilyams "Real Madrid"in maraq dairəsinə düşüb.
Sportline.az "Marca" qəzetinə istinadən xəbər verir ki, Rodriqo mövsümün sonunda klubdan ayrılsa, "Real Madrid"in rəhbərliyi Niko Uilyamsı heyətinə qatmağa çalışacaq.
22 yaşlı futbolçunun "Atletik Bilbao" ilə müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Niko Uilyamsın transfer qiyməti 70 milyon avro olaraq təyin olunub.
O, bu mövsüm meydana çıxdığı 44 matçda 11 qol 7 məhsuldar ötürmə müəllifi olub.