Niko Uilyams üçün Avropa nəhəngləri sıraya girib

"Atletik Bilbao"nun ispaniyalı futbolçusu Niko Uilyams mövsümün sonunda klubdan ayrıla bilər.

Sportline.az "TBR Football" nəşrinə istinadən xəbər verir ki, "Arsenal", "Çelsi", "Liverpul", "Mançester Siti" və "Nyukasl Yunayted" N.Uilyamsı transfer etmək üçün hərəkətə keçib.

22 yaşlı futbolçunun İspaniya klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Niko Uilyams bu mövsüm çıxış etdiyi 44 matçda 11 qol 7 asistlə yadda qalıb.