Nizami Hacıyev açıqlama verəcək
AFFA-nın İntizam Komitəsinin qərarına əsasən futboldan ömürlük uzaqlaşdırılan "Keşlə"nin sabiq futbolçusu Nizami Hacıyev məsələyə aydınlıq gətirmək niyyətindədir. Sportline.az xəbər verir ki, Hacıyev bu gün axşam saatlarında mətbuat konfransı keçirəcəyini, orada bütün sualları cavablandıracağını bildirib.
Xatırladaq ki, Nizami Hacıyevlə yanaşı "Keşlə"nin digər sabiq futbolçusu Mirhüseyn Seyidov da oyun alqı-satqısında iştirakında ittiham olunaraq futboldan ömürlük uzaqlaşdırılıb.