Nkunku “Çelsi”dən ayrılacaq
“Çelsi”nin fransalı futbolçusu Kristofer Nkunku yanvar ayında klubdan ayrılacağı gözlənilir.
Sportline.az “The Athletic” qəzetinə istinadən xəbər verir ki, “Mançester Yunayted” klubunun rəhbərliyi Nkunku üçün “Çelsi”yə 75 milyon avro ödəməyə hazırdır.
Tərəflər arasında danışıqlar davam edir.
Qeyd edək ki, Nkunkunun “Çelsi” ilə müqaviləsi 2029-cu ilin iyun ayınadək nəzərdə tutulub.