Nkunku “Çelsi”dən ayrılmaq istəyir
“Çelsi”nin fransalı futbolçusu Kristofer Nkunkunun yanvar ayında klubdan ayrılacağı gözlənilir.
Sportline.az “The Athletic” qəzetinə istinadən xəbər verir ki, Nkunku “Çelsi” klubundan ayrılmaq niyyətindədir.
London klubunun rəhbərliyi Nkunku üçün 75 milyon avro tələb edir.
Nkunkunun “Çelsi” ilə müqaviləsi 2029-cu ilin iyun ayınadək nəzərdə tutulub.
Qeyd edək ki, Nkunku bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 18 matçda 10 qol və 1 asistlə yadda qalıb.