Nkunku karyerasını yenidən Almaniyada davam etdirə bilər

“Çelsi”nin fransalı futbolçusu Kristofer Nkunkunun yanvar ayında klubdan ayrılacağı gözlənilir.

Sportline.az “Team Talk” nəşrinə istinadən xəbər verir ki, “Borussiya Dortmund” klubunun rəhbərliyi Kristofer Nkunku üçün “Çelsi”yə 70 milyon avro ödəməyə hazırdır.

“Mançester Yunayted”də Nkunku ilə yaxından maraqlanır.

27 yaşlı futbolçunun “Çelsi” ilə müqaviləsi 2029-cu ilin iyun ayınadək nəzərdə tutulub.

Qeyd edək ki, Kristofer Nkunku bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 18 matçda 10 qol və 1 asistlə yadda qalıb.