Noa Lanq "Beşiktaş"a keçir?

"Qalatasaray"la müqaviləsi başa çatan hollandiyalı yarımmüdafiəçi Noa Lanq ölkəsinə dönüb. 

Sportline.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Yerli mətbuat satış hüququ "Napoli'yə aid olan Lanqın "Qalatasaray"dan təklif gözlədiyini yazıb. 

Türkiyə KİV-i daha bir türk klubunun Noa Lanqın xidmətində maraqlı olduğunu yazıb. İstanbulun "Besiktaş" klubunun hollandiyalı yarimmüdafiəçini heyətinə qatmaq istədiyi açıqlanıb. 

Xəbərdə Noa Lanqın "Qalatasaray"dan təklif gözlədiyi qeyd olunub. 27 yaşlı futbolçunun "Qalatsaray'la razılaşmayacağı təqdirdə, "Beşiktaş"dan gələn təklifi dəyərləndirəcəyi vurğulanıb.