"Nottingem Forest"dən əzmkar qələbə
İngiltərə Premyer Liqasında 16-cı turun bu günə olan görüşləri yekunlaşıb.
Sportline.az xəbər verir ki, "Nottingem Forest" öz meydanında "Aston Villa" ilə qarşılaşıb. Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qollar: Con Duran 63, Nikola Milenkoviç 87, Antoni Elanqa 90+3
Qeyd edək ki, "Nottingem Forest" 28 xalla 4-cü pilləyə yüksəlib. Aktivində 25 xalı olan "Aston Villa" isə 6-cı pillədə qərarlaşıb.