"Nottingem" futbolçusuna qiymət qoydu

"Nottingem Forest" ingiltərəli yarımmüdafiəçisi Elliot Andersonun transfer qiymətini açıqlayıb.

Sportline.az xəbər verir ki, İngiltərə klubu 23 yaşlı futbolçu üçün 100 milyon avro tələb edir.

Bu haqda "Telegraph" nəşri məlumat yayıb.

Qeyd edək ki, E.Anderson bu mövsüm çıxış etdiyi 14 matçda 1 qol, 1 asist müəllifi olub.