Noyer Messiyə çatdı

Manuel Noyer UEFA Çempionlar Liqası tarixində bir klubda start heyətdə keçirdiyi oyunların sayına görə 2-ci pilləyə yüksəlib.

Sportline.az xəbər verir ki, 40 yaşlı qapıçı "Bayern"in heyətində "Real"a qarşı 1/4 final matçında start heyətdə meydana çıxaraq bu turnirdə klub üçün 136-cı oyununu keçirib.

Beləliklə, o, Lionel Messinin "Barselona" ilə olan rekordunu təkrarlayıb.

Bu göstəricidə lider isə Iker Kasillasdır. O, "Real"ın heyətində UEFA Çempionlar Liqasında 149 dəfə start heyətdə meydana çıxıb.