"Nürnberq"in futbolçusu millimizlə oyuna çağırıldı
Azərbaycanla yoldaşlıq, Kosovo və Yunanıstanla isə UEFA Millətlər Liqasının oyunları üçün Sloveniya millisinə daha bir futbolçu çağırılıb.
Sportline.az xəbər verir ki, yığmanın baş məşqçisi Matyaj Kek müqavilə ilə "Riyeka"ya (Xorvatiya) məxsus olan, hazırda "Nürnberq"də (Almaniya) icarə əsasında oynayan Adam Qnezda Çerini milliyə dəvət edib.
Bu, 21 yaşlı futbolçunun milliyə ilk dəvətidir.