“Nyukasl” İsak üçün “Arsenal”a astronomik qiymət söyləyib
“Arsenal” “Nyukasl”ın isveçli futbolçusu Aleksander İsak üçün təklif göndərib.
Sportline.az “Team Talk” nəşrinə istinadən xəbər verir ki, “Nyukasl”ın rəhbərliyi İsak üçün “Arsenal”dan 115 milyon avro tələb edib.
“Arsenal” bu məbləği ödəmək niyyətində deyil.
London klubunun rəhbərliyi B planını həyat keçirəcək.
“Arsenal” “Yuventus”dan Duşan Vlahoviçi transfer etmək üçün hərəkətə başlayıb.
Qeyd edək ki, “Mançester Yunayted” klubuda Vlahoviçlə yaxından maraqlanır