"Nyukasl" İsakın transferin qiymətinı açıqlayıb
"Nyukasl Yunayted" isveçli futbolçusu Aleksander İsak üçün 150 milyon avro tələb edir.
Sportline.az "Sky Sports"a istinadən xəbər verir ki, İsakı transfer etmək istəyən klubların siyahısında "Arsenal" və "Barselona" klubları yer alıb.
25 yaşlı futbolçunun "Nyukasl"la müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, İsak bu mövsüm çıxış etdiyi 27 oyunda 19 qol və 5 asistlə yadda qalıb.