“Nyukasl Yunayted” klubu İsakın qiymətini açıqlayıb
“Nyukasl Yunayted”in isveçli futbolçusu Aleksander İsakın mövsümün sonunda klubdan ayrılacağı gözlənilir.
Sportline.az “Team Talk” nəşrinə istinadən xəbər verir ki, “Çelsi” klubunun rəhbərliyi mövsümün sonunda İsak üçün “Nyukasl”a rəsmi təklif göndərəcək.
“Nyukasl Yunayted” klubunun rəhbərliyi İsak üçün 115 milyon avo tələb edir.
İsakın “Nyukasl”la müqaviləsi 2028-ci ilin iyun ayında başa çatacaq.
Qeyd edək ki, Aleksander İsak bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 11 matçda 5 qol və 2 asistlə yadda qalıb.