O, "Neftçi"dən getdi

“Neftçi” klubu futbolçusu Fəhmin Muradbəyli ilə yollarını ayırıb.

Sportline.az "ağ-qaralar"ın rəsmi saytına istinadən xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə xitam verilib.

Ona təşəkkür edilib, gələcək karyerasında uğurlar arzulanıb.

Qeyd edək ki, “Neftçi”nin yetirməsi olan Fəhmin Muradbəyli 2013 - 2018, 2020 - 2021-ci illər ərzində ağ-qara formada 94 oyunda meydana çıxıb, 8 qol vurub. O, ötən mövsümün ikinci yarısını icarə əsasında “Şamaxı”da keçirib.

Banner