Obameyanq "Arsenal"a keçir

"Arsenal" Pyer-Emerik Obameyanqın keçidini həll edib. SportLine.az xəbər verir ki, bu barədə goal.com saytı xəbər yayıb.

Məlumata görə, Qabon millisinin üzvü ilə bütün məsələlərdə razılıq əldə olunub. "Topçular" futbolçunun məxsus olduğu Dortmund "Borussiya"sı ilə də danışıqları müsbət yekunlaşdırıb. 

London klubunun 28 yaşlı hücumçunun keçidinə görə 60 milyon avro ödəyəcəyi deyilir.

Qeyd edək ki, Obameyanq 2013-cü ildə "Sent-Etyen"dən "Borussiya"ya transfer edilib.