Obameyanq rəsmən "Arsenal"da

Pyer-Emerik Obameyanqın "Arsenal"a keçidi rəsmiləşib. SportLine.az xəbər verir ki, bu barədə "topçular"ın saytı məlumat yayıb.

Qabonlu hücumçunun keçidi üçün Dortmund "Borussiya"sına 63 milyon avro ödənilib.

Qeyd edək ki, 2013-cü ildən Dortmund klubunda çıxış edən Obameyanq bu mövsüm 24 oyuna 21 qol vurub.