Oğurluğa görə komandadan gedir

"Everton"un "Roma"dan icarəyə götürdüyü qapıçısı Robin Olsen yayda klubdan ayrılmaq niyyətindədir.

Sportline.az "Daily Mail"ə istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi mövsümün sonunda başa çatacaq müqaviləni yeniləmək istəsə də, 30 yaşlı qolkiper buna müsbət yanaşmır. Onun belə qərar verməsinə səbəb isə oğurluq hadisəsinin baş verməsidir. Belə ki, isveçli qolkiperin Mançesterdəki evi qarət edilib. Hadisədən sonra oyunçunun uşaqları və həyat yoldaşı ondan öz ölkələrinə qayıtmağı istəyiblər.

Qeyd edək ki, Robin Olsen bu mövsüm Premyer Liqada 5 matça çıxıb