"Olimpiakos" - "Qarabağ" görüşünün hakimi açıqlandı

UEFA Avropa Liqasının qrup mərhələsində III turun "Olimpiakos" - "Qarabağ" görüşünün hakim təyinatları açıqlanıb.

Sportline.az xəbər verir ki, matç Bosniya və Herseqovinadan olan hakimlər briqadasına tapşırılıb.

Baş hakim İrfan Peltoya Davor Belyo və Damir Laziç laynsman kimi köməklik göstərəcək.

Dördüncü hakim funksiyasını Antoni Bandiç yerinə yetirəcək.

Qeyd edək ki, oktyabrın 6-da "Georgios Karaiskakis" stadionunda keçiriləcək "Olimpiakos" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.