"Olimpiakos" yeni baş məşqçi ilə anlaşıb

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Olimpiakos"yeni baş məşqşisi bəlli olub.

Sportline.az xəbər verir ki, Yunanıstan təmsilçisi ispaniyalı Miçel Qonsaleslə anlaşıb.

59 yaşlı mütəxəssisin artıq Yunanıstana yola düşdüyü bildirilir. O, Pireydə rəsmi müqaviləyə imza atdıqdan sonra ictimaiyyətə təqdim olunacaq və yeni işinə başlayacaq. Qonsales “Olimpiakos”un baş məşqçi postunda bir neçə gün öncə istefaya göndərilmiş həmyerlisi Karlos Korberanı əvəz edəcək.

Miçel Qonsales daha öncə də “Olimpiakos”u çalışdırıb. O, 2013-2015-ci illər aralığında bu komandanın baş məşqçisi olub. Təcrübəli mütəxəssis son olaraq "Xetafe"də işləyib.

Qeyd edək ki, "Qarabağ" "Olimpiakos"a qarşı ilk oyununu oktyabrın 6-da səfərdə, növbəti görüşünü isə bundan bir həftə sonra Bakıda keçirəcək.