"Olimpiakos"dan daha bir transfer
Avropa Liqasının G qrupunda “Qarabağ”ın rəqiblərindən olan “Olimpiakos” növbəti transferi reallaşdırıb.
Sportline.az xəbər verir ki, Pirey təmsilçisi Paytam Kasaminin keçidini həll edib. “Qarabağ”ın rəqibi isveçrəli futbolçu ilə bir illik müqavilə imzalayıb.
İsveçrə millisində oynamış 30 yaşlı futbolçu karyerası ərzində "Bellinzona", "Palermo", "Fulhem", "Lutsern", "Nottingem Forest", "Sion", "Bazel"də çıxış edib. O, 2014-2017-ci illərdə "Olimpiakos"da oynayıb.
Xatırladaq ki, Azərbaycan çempionu 3 və 4-cü turlar “Olimpiakos”la qarşılaşacaq.
Yunanıstandakı görüş oktyabrın 6-da, Bakıdakı oyun isə oktyabrın 13-də olacaq.