"Olimpiakos"un yeni ulduzu debüt edəcək

"Olimpiakos"un futbolçusu Marselo yeni klubunda debüt etməyə yaxındır.

Sportline.az xəbər verir ki, braziliyalı hücumçu ilk dəfə klubun iştirak ərizəsində yer alıb. Onun adı Yunanıstan Superliqasının 6-cı turunda "Atromitos"la matç (2 oktyabr) üçün baş məşqçi Xose Miçelin siyahısına daxil edilib.

Marselonun Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda "Qarabağ"la oyun üçün iştirak ərizəsində də yer alacağı gözlənilir.

Qeyd edək ki, oktyabrın 6-da keçiriləcək "Olimpiakos" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.