Olimpiya çempionu "borc içində üzür"
Şüvüllə tullanma üzrə ikiqat Olimpiya çempionu Yelena İsinbayeva borca düşüb.
Sportline.az xəbər verir ki, bu haqda Teleqramdakı "SHOT" kanalı məlumat yayıb.
Mənbə bildirir ki, məşhur rusiyalı idmançı kommunal xidmətləri uzun müddətdir ki ödəmir.
Onun Moskvadakı iki mənzilə görə 400 min rubldan çox borcu yaranıb.
Bununla yanaşı, İsinbayevanın vergiyə olan borcları da durmadan artır.
Hazırda onun vergi xidmətinə 1,672 milyon rubl borcu var.
Qeyd edək ki, ikiqat olimpiya, 7 qat dünya çempionu olan idmançı 28 dünya rekordunun müəllifidir.