Olimpiya medallarımızın sayı arta bilər
Azərbaycan Olimpiya tarixinə daha bir medal əlavə oluna bilər. Mükafatın London Olimpiadasında 94 kq çəki dərəcəsində körpücük üzərinə çıxan ağırlıqqaldıran İntiqam Zairova təqdim olunması gözlənilir. Yarışları toplam 397 kq nəticə ilə 6-cı yerdə başa vuran atlet sonradan dopinq qalmaqalı ilə üzləşmişdi. Bu çəki dərəcəsində öncədən 6 idmançı cəzalandığından bunlardan birinin, yəni Zairovun “təmizə” çıxma ehtimalı onun irəliləməsinə səbəb olmalıdır. Dopinq testin nəticələri bizim üçün uğurlu alınsa, idmançımız Olimpiadanın gümüş medalına yiyələnəcək. Xatırladaq ki, sözügedən çəki dərəcəsində “dördlük”də qərarlaşan İlya İlin (Qazaxıstan), Aleksandr İvanov (Rusiya), Anatoli Kiriku (Moldova) və Andrey Demanov (Rusiya), həmçinin 7-ci olan Almaz Utisovun (Qazaxıstan) nəticələri dopinqə görə ləğv olunub.