Olimpiyaçımız ölkə çempionatında qalib gəldi
İsmayıllıda şosse velosipedinin Olimpiya növləri üzrə Azərbaycan çempionatına yekun vurulub. Son yarış günü yaşı 23-dək olan və Elit kateqoriyasında təmsil olunan velosipedçilər mübarizə aparıblar. Yarışda Azərbaycan Velosiped İdmanı Federasiyasının nəzdində fəaliyyət göstərən bütün klub və cəmiyyətlərin, o cümlədən kontinental velosiped komandamız "Synergy Baku"nun və milli komandalarımızın üzvü olan bütün velosipedçilər iştirak edib. 164 km-lik məsafəni 4 saat, 21 dəqiqə, 5 saniyəyə qət edən Maksim Averin hamıdan tez başa vuraraq ardıcıl 2-ci dəfə qrup ötüşməsi üzrə Azərbaycan çempionu adını qazanıb. Samir Cəbrayılov və Elçin Əsədov çempiona müvafiq olaraq 11 dəqiqə, 51 saniyə və 11 dəqiqə, 53 saniyə uduzmaqla 2-3-cü yeri tutublar.
Qeyd edək ki, qrup ötüşməsindən 2 gün öncə fərdi ötüşmə üzrə yarışlarda Azərbaycan çempionu adını 47 dəqiqə, 43 saniyə göstərici ilə Elçin Əsədov bayram edib. Averin 2-ci, Samir Cəbrayılov 3-cü olub.