Ölkə çempionatında yeni yoluxmalar

İngiltərə Premyer Liqasında mübarizə aparan klublar növbəti dəfə koronavirus testindən keçirilib.
 
Sportline.az turnirin saytına istinadən xəbər verir ki, 12-18 oktyabr tarixləri aralığında aparılan testlər nəticəsində yeni yoluxma faktları aşkarlanıb.
 
Futbolçular və klub işçiləri də daxil olmaqla 1575 nəfər koronavirus testindən keçib. Nəticədə 8 nəfərin testinin pozitiv çıxdığı məlum olub. Həmin şəxslər 10 günlük karantinə alınıblar. Yoluxanların adları açıqlanmayıb.