Ölkə çempionu müəyyənləşdi

Futbol üzrə Polşa çempionatında qalib müəyyənləşib.

Sportline.az xəbər verir ki, "Rakuv" son turda uduzsa belə, ən yaxın izləyicisi "Legiya" da xal qazana bilmədiyinə görə sona üç tur qalmış çempionluğunu təmin edib.

"Rakuv" 71 xala malikdir, "Legiya"nın isə 60 xalı var. 

Polşanın yeni çempionu 2019/2020 mövsümündə yüksək liqaya vəsiqə qazanmışdı.