Ölkə kubokunun qalibi müəyyənləşdi

Avstriya kubokunun qalibi məlum olub.
 
Sportline.az xəbər verir ki, həlledici görüşdə LASK və “Zalsburq” komandaları üz-üzə gəliblər. Görüş “Zalsburq”un 3:0 hesablı qələbəsiylə başa çatıb.

Qeyd edək ki, “Zalsburq” klub tarixində 8-ci dəfə ölkə kubokunu qazanıb. Komanda bu titulları son 9 ildə əldə edib.