Omar Marmuş karyerasını “Dumanlı Albion”da davam etdirəcək

“Ayntraxt”ın misirli futbolçusu Omar Marmuş mövsümün sonunda “Mançester Yunayted” klubuna transfer olacaq.

Sportline.az “Sky Sport De” nəşrinə istinadən xəbər verir ki, “Mançester Yunayted” klubu Omar Marmuş üçün “Ayntraxt”a 60 milyon avro təklif edib. “Ayntraxt”ın rəhbərliyi bu təklifə müsbət cavab verib.

Tərəflər arasında danışıqlar davam edir.

Marmuşu transfer etmək istəyən klubların siyahısında “Paris Sen-Jermen” və “Liverpul” klublarıda yer alır.

Qeyd edək ki, Omar Marmuş bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 17 matçda 14 qol və 10 asistlə yadda qalıb.

25 yaşlı futbolçunun “Ayntraxt”la müqaviləsi 2027-ci ilin iyun ayında başa çatacaq.